Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentində qəbul edilən “Suriyadakı vəziyyət” başlıqlı qərara sərt reaksiya göstərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ankara tərəfi qərarda Türkiyəyə edilən çağırışın qəbuledilməz olduğunu bildirib:
“Bu qərarda Avropa Parlamenti bir daha obyektivlikdən uzaq və tərəfli baxış bucağına sahib olduğunu sübut edib. Türkiyə BMT-nin 51-ci maddəsinə uyğun olaraq, Suriyanın ərazi bütövlüyü çərçivəsində sərhədlərindəki təhlükəsizliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Bu hərəkat dinc sakinlərə zərər vermədən Avropa Birliyinin də terror siyahısında olan PKK və İŞİD qruplaşmalarına qarşı yönəlib”.
Qeyd edək ki, Avropa Parlamentində bütün fraksiyaların dəstəklədiyi qərar layihəsində Türkiyənin Afrin hərəkatı çərçivəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına son verilməsi və türk hərbçilərinin Suriyadan geri çəkilməsi tələb olunur.