19 Mart 2018 21:59
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son 48 saat ərzində Afrin şəhər mərkəzində baş verənlərə görə dərin narahatlıq keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Afrin əməliyyatına dair son bəyanatında öz əksini tapıb.

Yazılı bəyanatda qeyd edilir ki, əhalinin əksəriyyətinin kürd olduğu şəhər Türkiyə Silahlı Qüvvələri və Türkiyənin dəstəklədiyi güclərin hücumu ilə əlaqədar boşaldılır: “Artıq narahatlıq doğuran humanitar vəziyyət daha da çətinləşir. BMT qurumları yüzlərlə, minlərlə insanın Afrini tərk etdiyini bildirir, bu insanların əsas ehtiyaclarını qarşılamaq üçün dərhal sığınacaq və yardıma ehtiyacı var”.

Dövlət Departamenti Afrindəki son durumun onları narahat etdiyini vurğulayıb: “Afrindəki vəziyyətə görə ciddi narahatlığımızı türkiyəli rəsmilərə bildirmişik”.

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsinin dərhal və tam həyata keçirilməsininin vacibliyini qeyd edib. Suriyanın şimal-qərbində yerləşən Afrində ABŞ qüvvələrinin olmadığı vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər