“2015-ci ildə iki stansiyanın açılışı nəzərdə tutulur”
Bu sözləri Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Avtovağzal” metrostansiyasında aparılan təmir işləri ilə bağlı açıqlama verərkən bildirib.
Onun sözlərinə görə, stansiyada işlər qrafik üzrə aparılır: “Orada işlər qrafikə uyğun aparılır. 2015-ci il ərzində Həm “Avtovağzal”, həm də “Memar Əcəmi-2” stansiyalarının açılışı nəzərdə tutulur”.
Qeyd edək ki, metronun “28 May” stansiyasında uzun müddətdir gedən təmir işlərinə münasibət bildirən qurum rəsmisi, işlərin gecikdirilmədiyini bildirdi: “28 may stansiyası işlər yekunlaşandan sonra açılacaq. Dəqiq tarix isə məlum deyil. İşlər yekunlaşan kimi istifadəyə veriləcək”.
Xatırladaq ki, metronun “28 May” stansiyasının əsas girişi ötən ilin yanvar ayından təmirə bağlanıb. Üstündən bir il yarım vaxt keçməsinə baxmayaraq, təmir işlərinin yekunlaşmadığı bildirilir.
Lakin metro sərnişinlərinin bildirdiyinə görə, hazırda bağlı olan əsas girişdə heç bir təmir işləri aparılmır.
/Axar.az/