27 Mart 2018 13:02
2 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə qurğuları alsa, ABŞ Ankaraya F-35 döyüş təyyarələri satmayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirlər ABŞ Konqresində səsləndirilib.

Bununla bağlı konqresdə görüşlər keçirən Türkiyənin ABŞ-dakı sabiq səfiri Volkabn Bozkır məlumat verib.

Türkiyənin bu məsələyə cavab gecikməyib. Türkiyə Milli Müdafiə naziri Nurəddin Canikli məsələyə münasibət bildirib:

“S-400 sistemlərinin alınması F-35-lərlə bağlı razılaşmaya təsir edə bilməz. S-400 raketlərinin təhvil-təslim müddəti tezləşdirilə bilər”.


Müəllif: Samir

Oxşar xəbərlər