Rusiyanın 60 amerikalı diplomatı ölkədən qovmasına Vaşinqton münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin açıqlamasında bu addımın iki ölkə münasibətlərini daha da pisləşdirəcəyi bildirilib.
Qərara əsasən, ABŞ-ın Moskvadakı səfirliyinin 58 personalı və Yekaterinburq konsulluğundakı 2 əməkdaşı persona-non-qrata elan edilib.