Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb.
"Qafqazinfo" xəbər verir ki, TRT-nin müxbiri yaralı əsgərlərimizdən biri Elvin Əsgərova baş çəkib. Kadrlardan görünür ki, Əsgərov sanki elə əsgər olmaq üçün doğulubmuş. O, kövrələrək Azərbaycan üçün hər şey etməyə hazır olduğunu deyib:
"Vətənimə görə yaralanmışam. Bir arzum var ki, ayağa qalxım döyüşə gedim, qisasımı alım..."
Həmin kadrları təqdim edirik: