11 Aprel 2018 09:39
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin təşkili uzun sürən prosesdir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində jurnalistlərə açıqlamasında deyib.

Seçki prosesini izləyən Elmira Süleymanova bildirib ki, seçki qanunvericiliyimiz Venesiya Komissiyasının normalarına uyğundur: "Mənim fikrimcə, seçki demokratik və şəffaf keçəcək. Buna inanıram. Sadəcə olaraq səhvə yol verməmək üçün diqqətli olmaq lazımdır.

Səhər saatlarından bir neçə seçki məntəqəsində olmuşuq. Orada 100-dən artıq seçici səs verib. Məntəqələrdə beynəlxalq müşahidəçilərin çox olması sevindiricidir. Onlar Azərbaycanda seçkilərin şəffaf keçirildiyinin şahidi olurlar.

Ombudsman olaraq bizim əməkdaşlarımız da seçki məntəqələrində müşahidəçi kimi iştirak edirlər. Hamı öz işini bilir".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər