Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf.com-a verilən məlumata görə, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir.
Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.
Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək.
Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaq.