11 Aprel 2018 18:11
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhz aprelin 11-də seçkilərdə iştirak etmək hüququ qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Mən ikiqat sevinc yaşayıram, çünki bu gün həm də mənim doğum günümdür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərtac-a Naxçıvan şəhərindəki 4-24 saylı məntəqə seçki komissiyasında ilk dəfə səs verən şəhər sakini Tərlan Orucova deyib.

Aprelin 11-də 18 yaşı tamam olan Tərlan Orucova 4-24 saylı məntəqə seçki komissiyasına səs verməyə gələrək ilk dəfə səsvermədə iştirak edib. Məntəqə seçki komissiyasının sədri Cəmşid Məmmədov gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib.

Tərlan Orucova prezident seçkilərinin şəffaf və demokratik şəkildə keçirilməsi üçün məntəqədə hər cür şərait yaradıldığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər