“RƏY” Monitorinq Mərkəzi ölkədə keçirilən Prezident seçkiləri ilə bağlı keçirilən “exit-pol”un nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nəticələr barədə məlumat verən təşkilatın rəhbəri Rizvan Abbasov 48 seçki dairəsinin 350 seçki məntəqəsində monitorinqlərin keçirildiyini bildirib.
Onun sözlərinə görə, seçkilərdə iştirak faizi 72.3 faiz təşkil edib. Ümumilikdə monitorinqlər zamanı təşkilatın münayəndələri exit-pol üçün 26624 nəfərə müraciət ediblər, 1251 nəfər iştirakdan imtina edib.
Aparılan "exit-poll"un nəticələrinə əsasən
İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 84.49 faiz
Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 3.72 faiz
Zahid Oruc (müstəqil) 3.21 faiz
Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 3.04 faiz
Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.46 faiz
Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.57 faiz
Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) 1.65 faiz
Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu” ) 0.86 faiz