11 Aprel 2018 23:28
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib. İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.

BAXCP-nin Seçki Qərargahından Teleqraf.com-a verilən məlumata görə, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev prezident seçkilərinin ilkin nəticələrinə münasibət bildirərkən deyib.

“Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”, - deyə BAXCP sədri qeyd edib.


Müəllif: Nərgiz