Mətbuat Şurasının prezident seçkiləri ilə bağlı hesabatını təqdim edib.
Teleqraf.com-un məlumatına görə, hesabat barədə danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, sənəddə seçkilərin Kütləvi İnformasiya Vasitələrində (KİV) qanunvericiliyin tələblərinə uyğun işıqlandırılması məlumatları əksini tapıb:
“Ümumilikdə seçkilərin monitorinqi göstərdi ki, Kütləvi İnformasiya Vasitələrində təşviqat prosesində namizədlərə qarşı etikadan kənar hal müşahidə edilməyib. Təhqir, böhtan, aşağılayıcı motivlərə rast gəlinməyib.
KİV təşviqat prosesində namizədlərə qarşı tərəfsizliyi qoruyublar. Düzdür, biz sosial şəbəkədə monitorinq aparmamışıq. Ancaq redaksiya əməkdaşları sosial şəbəkədəki hesablarında hazırladıqları məlumatları paylaşırlar.
Həmin yazılara verilən şərhlərdə KİV normalarının pozulmasına rast gəlinib. Lakin biz bunu redaksiyalara aid etməmişik. Çünki bu şərhlər onların fəaliyətinə aid deyil.
Ümumilikdə KİV-də 1051 təşviqat xarakterli material yayımlanıb. Ümumilikdə KİV seçki prosesini peşəkar səviyyədə işıqlandırıb”.
Ə.Amaşov bildirib ki, seçki günü KİV Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində işləyib:
“ Mətbuat Şurasının seçki günü “Qaynat xətt”i aktiv şəkildə işləyib. Yalnız 1 dəfə İnteraz telekanalının müxbirindən şikayət daxil olub. Həmin problem də həll edilib. Mətbuat Şurasının əməkdaşları da seçki məntəqələrində olub, prosesi izləyiblər. Əməkdaşlarımızın olduğu məntəqələrdə seçici fəallığı müşahidə edilib”.