Rusiya MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının təcili iclasını çağırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.
İclasda ABŞ-n Suriyaya raket zərbəsi endirməsi məsələsi müzakirə olunacaq. KTMT-yə Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.
Eyni zamanda bu gün NATO-ya daxil olan 29 ölkənin Brüsseldə toplantısı gözlənilir. Şimali Atlantika bloku da Suriya məsələsini müzakirə etməyə hazırlaşır.