11 Avqust 2014 12:35
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət bu gün KXCP-nin qərargahını toplaşır.

Bu haqda Teleqraf.com etibarlı mənbələrdən xəbər əldə edib. Xəbərə görə, dünən KXCP sədri Mirhammud Mirəlioğlu Müsavat başqanı İsa Qəmbərlə müzakirələr aparıb və qərara alınıb ki, bu gün görüş təşkil edilsin.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal xəbərin doğru olduğunu bildirib. Əlavə edib ki, özü görüşə dəvət olunmasa da, ondan olan xəbərə görə, müxalifət saat 16.00-da KXCP-nin qərargahına toplaşacaq.

Tədbirin keçirilməsi təşəbbüsünün kimdən gəldiyi haqda dəqiq məlumata malik olmayan Vidadi Mirkamal bildirib ki, onda olan məlumata görə, KXCP və AXCP bu tədbiri keçirmək qərarına gəliblər:

“Sonradan deyildi ki, İsa Qəmbərin də bu təşəbbüsü olub. Mən bilmirəm ki, təşəbbüs kimindir”.
KXCP sədri M.Mirəlioğlu da xəbəri təsdiqləyib. Deyib ki, müzakirələr əsasən Leyla Yunus, İntiqam Əliyev və digər şəxslərlə bağlı olacaq. Onun sözlərinə görə, görüşdə siyasi partiyalar və hüquq müdafiəçiləri iştirak edəcək.

Mirəlioğlu deyib ki, dünən təsadüfən İsa Qəmbərlə görüşüb və bu haqda müzakirə aparıb: “İsa Qəmbərində belə təşəbbüsü var idi. Odur ki, razılıq əldə olundu”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər