11 Avqust 2014 13:21
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 1077 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib.


Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına boş qalan plan yerlərinin sayı 1442-dir. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.


Müəllif: