Levon Ter-Petrosyan artıq praqmatik deyil, tarixi siyasətçidir. Üstəlik bir siyasətçi kimi də yaşlanıb. Onun Sərkisyana qarşı mitinqlərdə görünməməsi və təşkilatçı rolunda çıxış etməməsi təbidir.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev İrəvanda hakimiyyətə qarşı aprelin 13-dən başlayan mitinqlər və bu mitinqlərdə Erməni Milli Konqresinin lideri Levon Petrosiyanın önə çıxmaması səbəbini şərh edərkən deyib.
Rasim Ağayev əlavə edib ki, Petrosyanın mitinqlərə qatılması xüsusi bir canlanmaya səbəb olmaz:
“Gəlib mitinqlərdə neyləyəcək ki? İndi Ermənistanda ortaya yeni nəsillər çıxıb. Petrosyan artıq ermənilər üçün tarixdir. O dövrdə oyun oldu, Petrosyan oynadı və hakimiyyətə gələ bildi. Mən özüm dəfələrlə Levonla söhbət etmişəm. Sizə deyim ki, dərin adam deyildi. Liberal və ortabab siyasətçi idi. O zaman demokratiya oyununu oynaya bildi. Amma demokratiya, ümumi siyasət, uzaqgörənlik onda yoxdur”.
Xatırladaq ki, hazırda Ermənistanda Serj Sərkisyana qarşı başlayan mitinqlərə deputat Nikol Paşinyan rəhbərlik edir. Artıq Paşinyan həbs edilib.