Serj Sərkisyanın istefasından sonra Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyan baş nazir vəzifələrini müvəqqəti icra edən təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat verir.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Bu gün S.Sərkisyan istefa verdiyini açıqlayıb.