11 Avqust 2014 17:00
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qahirədə Fələstin və İsrail nümayəndələri arasında dolayı danışıqlar başlayıb


Bu barədə Misir rəsmiləri bildiriblər.


Ötən gün Fələstin fraksiyaları və İsrail rəhbərliyi Qahirənin vasitəçiliyi ilə növbəti 72 saatlıq atəşkəsə razılaşıblar. Bu gün gecə saat 02:00-dan qüvvəyə minən atəşkəs fasiləsi zamanı danışıqların növbəti mərhələsini keçirmək nəzərdə tutulub. Bildirilir ki, təmas xəttində sakitlik olsa da, danışıqlar çərçivəsində hələ “ümumi dil” tapmaq mümkün olmayıb. Fələstin tərəfi 2006-cı ildə Qəzza zolağına qarşı tətbiq olunan blokadanın aradan qaldırılmasını tələb edir, İsrail tərəfi isə anklavın tamamilə tərksilah olunmasını istəyir.

/APA/


Müəllif:

Oxşar xəbərlər