12 Avqust 2014 17:30
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 faiz yerlər boş qalıb

2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbulun boş qalan plan yerlərinə müsabiqədən sonrakı nəticələr açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən xəbərə görə, magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 485 nəfəri magistraturaya qəbul olub.

Boş qalan plan yerlərinə müsabiqədən sonra 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların sayı planın 76,25 %-ni təşkil edir və buna səbəb kimi bəzi proqramlar üzrə imtahan verənlərin birinci mərhələ üzrə və ya ixtisas biliklərinin zəif olması, plan yerlərinin Azərbaycan və rus bölmələri üzrə ayrı verilməsi, qiyabi təhsilalma forması üzrə plan yerlərinin olmaması, tədrisi ingilis(alman) dilində olan ixtisaslaşmalar üçün müsabiqə şərtini ödəyənlərin az olması və s. göstərilə bilər.

TQDK bəyan edir ki, bəzi boş qalan plan yerlərinə (TQDK-nın təqdim etdiyi cədvəldə proqram 4, 8, 10, 12, 13, 24, 29, 30, 41,44, 51, 57, 58, proqram 49 üzrə tədrisi alman dilində olan Avropa hüququ ixtisaslaşması və s.) müsabiqə şərtlərini ödəyən iddiaçıların olmadığı üçün həmin yerlər Magistr jurnalının 6-cı sayında verilməyib. Qəbul proqramları üzrə qəbulolma faizi müxtəlifdir. Bəzi proqramlar üzrə qəbulun nəticələrinə görə, plan yerləri boş qalıb. Məsələn, 060508 Geologiya, 060604 Geofizika mühəndisliyi, 060603 Hidrogeologiya mühəndisliyi, 060602 Geologiya mühəndisliyi ixtisaslarına aid olan proqram 1 üzrə ali təhsil müəssisələrinin təklifinə görə 060508 Geologiya ixtisasının ixtisaslaşmalarını 060604 Geofizika mühəndisliyi, 060603 Hidrogeologiya mühəndisliyi, 060602 Geologiya mühəndisliy ixtisaslarını bitirənlərin seçə bilməməsi səbəbindən həmin ixtisaslaşmaların 8 plan yeri boş qalıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər