9 İyun 2018 10:43
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Qaz dəhlizi" Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropaya çatdıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində keçirilən “Enerji təhlükəsizliyi” panelində italiyalı analitik Alberto de Santis deyib.

Analitik qeyd edib ki, ABŞ bu layihəyə dəstək verir. Onun sözlərinə görə, məqsəd Avropanın Rusiyadan olan enerji asılılığından azad etməkdir.

İran və Türkmənistanın böyük qaz ehtiyatlarının “Cənub qaz dəhlizi”nə qoşulmasını istisna etməyən analitik müasir dövrdə qaz kəmərlərinə müxtəlif xarakterli təcavüzlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, “Cənub qaz dəhlizi”nə daxil olan TAP kəməri ilə Avropaya çatdırılacaq 10 milyard kubmetr qaz qitənin tələbatının 2,2 faizini təşkil edir.

Alberto de Santis layihənin bütün iştirakçı tərəflərin maraqlarına cavab verdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər