Rusiya Prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev keçirdikləri görüşdə Moskva ilə Bakı arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Ötən il ərzində ticarət dövriyyəsi 34,4% artıb. Bu ilin birinci rübündə isə daha 19% yüksəliş olub. Bu çox yaxşı tempdir, bunu davam etdirməliyik. Siyasi münasibətlər də stabildir, parlamentlər səviyyəsində daimi əlaqələr mövcuddur, ictimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi burda görməyə çox şadam”, - deyə Putin qeyd edib.
Prezident İlham Əliyev isə öz növbəsində, Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını qeyd edib.
İlham Əliyev “Əminəm ki, dünya çempionatı çox uğurlu keçəcək, bütün qonaqlar məmnun qalacaqlar”,- deyə vurğulayıb.