Belarusda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə edilib. Tərəflər ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Qeyd edək ki, E. Məmmədyarov iyunun 21-22-də Belarusun paytaxtı Minsk şəhərində "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.