24 İyun 2018 16:45
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mərhum Prezidenti, Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi Bakı ilə yanaşı, onun doğulduğu Kələki kəndində də qeyd olunub.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Bakıdan Kələkiyə çoxlu sayda qonaqlar, jurnalistlər, ictimaiyyət nümayəndələri gedib.

Kələkidə Əbülfəz Elçibəyin 80 illik yubileyi 40 il əvvəl, onun toyunun keçirildiyi meydanda baş tutub.

İştirakçılar ilk əvvəl Əbülfəz Elçibəyin ev muzeyini ziyarət ediblər. Daha sonra mərhum prezidentin 80 illik yubiley mərasimi başlayıb.

KXCP sədri Mirmahmud Mirəlioğlu telefon vasitəsilə Kələkidə keçirilən tədbirə qatılıb, iştirak edənlərə təşəkkür edib, Əbülfəz Elçibəyin artıq bir dəyərə çevrildiyini bildirib.

Çıxışlardan sonra musiqi səslənib, “Yallı” rəqsi oynanılıb, şeirlər deyilib.


Müəllif: Cavad