25 İyun 2018 12:39
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq mübarizə günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasititələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Park İNN oteldə "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, övlət komissiyasının sədri, Baş nazir müavini Əli Həsənov tədbirdə çıxış edərək, narkomaniya ilə bağlı ölkədə milli qanunvericilik və hüquqi bazanın yaradıldığını deyib:

"Parlament bu istiqamətdə 29 zəruri qanun qəbul edib, bir sıra beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmiz əvvəl narkotik, daha sonra psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə konvensiyaları ratifikasiya edib. Bu gün Azərbaycanın sürətli inkişafı narkotik maddələrin dövriyyəsi ilə məşğul olan mafiyaların diqqətini ölkəyə yönəldir. Lakin milli qanunvericilik və beynəlxalq konvensiyalar çərçivəsində görülən iş bu cür qanunsuz dövriyyələrin qarşısını alır"

Əli Həsənov əlavə edib ki, son illər DGK, DİN, DTX, DSX və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib: "Görülən tədbirlər nəticəsində bu ilin 5 ayı ərzində qanunsuz dövriyyədən 1 ton 400 kiloqrama yaxın narkotik maddə götürülüb. Onlardan 700 kiloqramı Gömrük Komitəsi, 560 kiloqramı isə DİN tərəfindən saxlanılıb.

Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Regiona 90 faiz narkotik əfqan marşurutları vasitəsilə daxil olur. İrandan xüsusilə cənub bölgəsinin 5 rayonuna - Astara, Lənkəran, Cəlilabad, Biləsuvar, Masallıya narkotik maddələr gətiriliir".

Gənclər və idman naziri Azad Rəhimov narkomaniyanın qarşısını almaq üçün gənclərin asudə vaxtının səmərəli təşkilini, onların idmana cəlb edilməsini vacib sayıb: "Nazirliyimiz narkomaniyaya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Sağlam həyat tərzinin təbliği, gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi ölkəmizin sağlam gələcəyi üçün önəmlidir. Həyata keçirilən tədbirlər olduqca geniş kütləni əhatə edir. Bu gün narkomaniya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir".

Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Publika.az saytının əməkdaşı Könül Soltanova 1-ci yeri tutub.


Müəllif: Könül