25 İyun 2018 20:29
2 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kütləvi İnformasiya Vasitələri (KİV) iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar paytaxt Bakı şəhərində keçiriləcək hərbi paraddan yazıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna KİV bu il keçiriləcək paradın son illərdə öz arsenalını ən müasir silah və hərbi texnika ilə gücləndirmiş Azərbaycan Silahlı Qüvvələrinin ən möhtəşəm nümayiş mərasimi olacağını vurğulayır:

“Azərbaycanda müstəqillik əldə edilməsindən sonra 5-ci dəfə keçiriləcək hərbi parad üçün hazırlıqlar artıq başa çatıb. Nümayişin baş tutacağı Azadlıq meydanında tamaşçılar üçün platformalar qurulub. Paradda iştirak edəcək texnikalar son sınaqlarından keçirilib. Başqa sözlə, Bakı möhtəşəm günə hazırdır.

Bu ilki mərasim 1992, 2008, 2011 və 2013-cü illərdə keçirilmiş paraddan öz möhtəşəmliyi ilə fərqlənməlidir. Bu, son 26 ilin ən möhtəşəm günü olmalıdır. Ordunun arsenalına daxil edilmiş ən müasir texnika və silahların nümayiş etdirilməsi gözlənilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatik pilotları – “Türk ulduzları” da Bakıya gəlib. Türk pilotların Bakı səmasını rəngləndirəcəklər.

Ayrı-ayrı dövlətlərin yüksək rütbəli dövlət adamları da paradı izləmək üçün artıq Bakıdadır”.


Müəllif: Mənsur Rəğbətoğlu