Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 29-da Siyəzən şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlanacaq qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.