28 İyun 2018 16:23
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, görüş zamanı enerji sahəsində iki ölkə arasında etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib.

Səfir Bard İvar Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib.

E.Məmmədyarov Bard İvar Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər