29 İyun 2018 11:28
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Siyəzən şəhərində vətəndaşları qəbul edib.

Teleqraf.com-un məlumatına görə, qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər