Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.
Teleqraf/com-un xəbərinə görə, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.
Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.
Marşın sözləri belədir:
Şanlı tarix keçibdir,
Hər anında Vətən var,
Hər sözündə Vətən var,
Vətəndaşı, insanı
Qoruyandı, qoruyan,
Azərbaycan Polisi!!!
***
Vəzifəsi müqəddəs,
Sədaqəti əbədi,
Azərbaycan polisi!
Vicdanla qorumağa,
And içibdir Vətəni
Azərbaycan polisi!
***
Gecə-gündüz demədən,
Asayiş keşiyində,
Ayıq-sayıq dayanıb,
İnsandır əmanəti,
Xalqına xidmət edir -
Azərbaycan polisi!
***
NƏQARƏT
Vətən yolu – haqq yolu,
Haqq yolundan dönməyən,
Lazımsa, cannan keçər,
Azərbaycan polisi!
Vətən yolu – haqq yolu,
Haqq yolundan dönməyən,
Lazımsa, cannan keçər,
Azərbaycan polisi!
Azərbaycan polisi!