9 İyul 2018 15:53
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə yola düşən Azərbaycan baş naziri Novruz Məmmədov paytaxt Ankaraya çatıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Novruz Məmmədovu hava limanında iqtisadiyyat naziri Nihad Zeybəkçi qarşılayıb. Ankaraya Əlcəzair Baş naziri Əhməd Ouyəhya ilə eyni vaxtda çatan Novruz Məmmədov əvvəlcə Əsənboğa aeroportunun şərəf salonunda qonaq edilib. Daha sonra Azərbaycanın baş naziri ilə Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi arasında ikitərəfli müzakirə aparılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər