Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç dünya çempionatının finalı ərəfəsində rus azarkeşlərə səslənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
“Rus azarkeşlər, salam! Xorvat azarkeşlər adından isti qarşılanmaya görə, Rusiyaya təşəkkür edirik! Siz çox yaxşı ev sahibisiniz. Bu gün Xorvatiyaya azarkeşlik edin! Gəlin, birlikdə sevinək! Rusiya, çox sağ ol”, – deyə prezident rus dilində danışıb.
Qrabar-Kitaroviç “Lujniki” stadionunda keçiriləcək Xorvatiya-Fransa oyununu izləyəcək.