26 İyul 2018 16:24
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) ali məktəblərə keçirdiyi qəbul imtahanında abituriyentlər üçün nəzərdə tutulmuş test suallarında səhv aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert qəbul imtahanında testdəki sualların birinin altında göstərilən variantlardan ikisinin düzgün olduğunu qeyd edib:

"Bu gün DİM tərəfindən keçirilmiş ali məktəblərin II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub. 91 saylı testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. Buna görə DİM məsuliyyət daşıyır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burda tam cavabı seçməlidir. Xeyr, burda hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

Kamran Əsədov qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupunda abituriyentlərə təqdim olunmuş testdə orta məktəb dərsliyində olmayan materiallar yer alır. Ekspert bu ixtisas qrupu üzrə 73 saylı açıq test tapşırığında olan faktları təqdim edib:

“Gürcüstanda səfirlik faktı dərslikdə yoxdur. Düzdür, bu fakt Azərbaycan Xalq Cümhuriyyəti bölməsində var, amma müasir Azərbaycan Respublikası bölməsində yoxdur. Yəni, dərslikdə olmayan faktı məntiqi nəticə kimi cavab kimi seçmək olmaz. Bu test tapşırıqları ulduz ilə qeyd olunub, abituriyentlərin xeyrinə həll olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər