ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, o, burada Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.
Görüşdə təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsindəki son gəlişmələr müzakirə edilib.
Qeyd edək ki, Anjij Kaspişikin başçılıq etdiyi ATƏT-in nümayəndə heyəti təmas xəttində müşahidə aparacaq.