6 Avqust 2018 16:50
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan rayonlarında 1007.8 min hektar sahədə taxıl biçini aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat yayıb.

Onun sözlərinə görə, bunun 672.1 min hektarı buğda, 335.7 min hektarı arpa sahələridir: “Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı hektara 30.1 sentner, arpanınkı isə hektara 27.6 sentner təşkil edir. Arpa biçininin 99.7%-i, buğda biçininin isə 99.1%-i yerinə yetirilib”.

Anar Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. Nazirliyin mətbuat katibi bildirib ki, 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirban – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib və ya dəyişdirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər