8 Avqust 2018 16:03
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Balyoz” davasında günahsız həbs edilən general Azərbaycana hərbi attaşe gəlir. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı yeni hərbi attaşesi briqada generalı Əli Dəmirdir.

Əli Dəmir bu postda 2016-cı ilin noyabr ayından çalışan briqada generalı Zafer Ocakı əvəz edəcək.

Briqada generalı Əli Dəmir bundan əvvəl Diyarbəkirdə jandarma briqadasının komandiri vəzifəsində xidmət edib. O, iyulun ortalarında yeni vəzifəsi ilə əlaqədar Ankaraya çağrılıb.

FETÖ terror təşkilatının ordu generallarına qarşı qurduğu “Balyoz” əməliyyatı nəticəsində 2010-cu ildə qondarma ittihamlarla saxlanılaraq 16 il həbsə məhkum edilmiş general Əli Dəmir 2016-cı ildə bəraət alaraq xidmətə bərpa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər