9 Avqust 2018 09:12
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 6-cı (adın, ata adının və soyadın dəyişdirilməsi) maddəsinə “Qeyd” əlavə olunub.

Əlavədə vurğulanıb ki, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər