10 Avqust 2018 17:12
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi gözlənilməz oldu. Bu dəyişiklik bir sıra məsələlərin, xüsusilə də Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həllində müsbət irəliləyişin olacağına ümid yaratsa da, Qarabağın üzərindəki boz duman hələ dağılmayıb.

Teleqraf.com xəbər verir ki, bu iddia Böyük Britaniyada nəşr olunan “Foreign Policy Centre” jurnalında yer alıb.

Jurnalda dərc olunmuş məqalədə ingilis analitik Kreyq Olifant yazır ki, Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın mövqeyində də böyük dəyişikliklər gözləmək çətindir:

“Hakimiyyət dəyişikliyi baş verib, amma Ermənistanın mövqeyində böyük dəyişikliklər gözləmək çətindir. Baş nazir seçildikdən sonra Paşinyan iki əhəmiyyətli açıqlama verdi: birincisi o, Qarabağdakı rejimə dəstəyini nümayiş etdirdi, ikincisi də Qarabağın danışıqlarda tərəf kimi çıxış etməli olduğunu dedi. Hər iki mövqe Azərbaycanın maraqlarını əks etdirmir.

Digər yandan, Nikol Paşinyan parlament seçkilərinə hazırlaşır, bu baxımdan da yaxın gələcək üçün danışıqlarda inkişaf perspektivləri nəzərə çarpmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər