Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 597 min 897 ton yük daşınıb ki, bu yüklərin dəyəri 349 milyon 378 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a bildirilib ki, ilin ilk yeddi ayında dəniz nəqliyyatı ilə ixrac olunan 157 min 162 ton yükün dəyəri 72 milyon 81 min dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 440 min 734 ton, dəyəri isə 277 milyon 297 min dollar təşkil edib.