Ümid edirəm ki, Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusuna əsasən regiondankənar dövlətlərin hərbi qüvvələrini yerləşdirməməklə bağlı öhdəliklərini yerinə yetirəcək.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Xəzər dənizi xüsusi su hövzəsidir və müvafiq xüsusiyyətlər konvensiyanın mətnində qeyd olunub.