Baş prokuror Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.
Qeyd edək ki, baş prokuror Zakir Qaralov Saatlı rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcək.