21 Avqust 2018 18:28
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dünyasının Ramazan bayramı kimi ən böyük bayramlarından biri olan Qurban bayramı bütün müsəlman aləmində, eləcə də ölkəmizdə təmtəraqla qeyd olunur. Qurban bayramı halallıq, bərabərlik, birlik, qardaşlıq rəmzi kimi bizi xeyirxah əməllərə, paklığa, saflığa səsləyir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı təbrikdə öz əksini tapıb.

Təbrikdə daha sonra deyilir: ““Bakı Metropoliteni” QSC-nin bütün zəhmətkeş kollektivi adından ən ülvi hisslərin tərənnümçüsü olan Qurban bayramı münasibətilə bütün xalqımızı, soydaşlarımızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarınızın və dualarınızın qəbul olunmasını Allahdan təvəqqe edirik.

Qoy bu əziz bayramın nuru süfrələrimizə bolluq və bərəkət gətirsin, sabaha ümid və inamımızı artırsın, birlik və bərabərliyimizi möhkəmlətsin”.


Müəllif: Səxavət