29 Avqust 2018 16:30
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisində hər kəs Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna üzv olmaq üçün yarışır. Parlamentlər arasında iş birliyi komitəsi ideyası da maraqlıdır. Bu məsələyə müsbət yanaşırıq.

Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentində görüş zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan eyni bölgədə eyni taleyi yaşayır: “Bölgəmiz üzərində bir sıra ciddi planlar var. Bu planlara qarşı həmrəyliyimizi və güc birliyimizi artırmalıyıq. Bölgəmizin qeyri-sabit olmasını istəyənlərə qarşı daha ciddi mövqe ortaya qoymalıyıq”.

Binəli Yıldırım iki ölkə arasında əlaqələrin mükəmməl səviyyədə olduğunu, bütün sahələrdə çox sıx və səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər