Rusiya Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq”.