4 Sentyabr 2018 09:59
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən 9 mərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb.

Bu barədə Teleqraf.com-a İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Niyazi Bayramov bildirib ki, görüş Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir.

O deyib ki, məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. “Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.

Ümumilikdə 40-dan artıq şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər