Azərbaycanın Gürcüstandakı səfirliyi Rustavi şəhərindəki yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyətini diqqətdə saxlayır.
Səfirlikdən bildirilib ki, diplomatik korpusun əməkdaşı Rustavi Şəhər Mərkəzi Xəstəxanasına baş çəkəcək və orada müalicə olunan azərbaycanlıların vəziyyəti ilə maraqlanacaq.
Qeyd edək ki, bu gün günorta saatlarında Gürcüstanın Rustavi şəhərində ağır yol qəzası baş verib. Nəticədə Gürcüstan vətəndaşı olan 10 azərbaycanlı və 1 Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.