Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.
O bildirib ki, bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. Komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.
Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə "Gömrük-Media" olmasını istədiyini qeyd edib.