Ermənistan Xarici işlər naziri Zoqrab Mnatsakanyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi Tvitter mikrobloqunda məlumat yayıb.
Zoqrab Mnasakanyan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak üçün baş nazir Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-a yola düşüb.
Erməni nazir sabah Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla bir araya gələcək.