26 Sentyabr 2018 18:32
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi üçün cari ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda keçiriləcək əhalinin sınaq siyahıyaalınmasına hazırlıq işləri yekunlaşıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin 2017-ci il 17 yanvar tarixli 01/05s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planı”na əsasən Komitə tərəfindən sınaq siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri metodoloji və digər materiallar, o cümlədən siyahıyaalma və sorğu vərəqələri, təşkilati plan və ona dair məlumat formaları, onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilmişdir.

Sınaq siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradılıb, sxematik plan və xəritələr əsasında yaşayış məntəqələrinin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə bolgüsü aparılıb, siyahıyaalmanın keçirilməsi üçün metodoloji və digər materiallar, siyahıyaalma və sorğu vərəqələri çap etdirilərək aidiyyəti üzrə çatdırılmışdır.

Rayon üzrə 60 (1 şəhər, 3 qəsəbə, 56 kənd) inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən 1-şəhər nömrəli forma, 2-kənd nömrəli forma və ona əlavə üzrə məlumatlar doldurularaq Qəbələ Rayon Statistika İdarəsinə təhvil verilib, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rayonun sxematik xəritəsi və yaşayış məntəqələrinin sxematik planı Dövlət Statistika Komitəsinə təqdim edilib.

Rayon üzrə yaradılmış 8 siyahıyaalma, 70 təlimatçı və 359 sayıcı məntəqəsi üzrə sıyahıyaalınmada iştirak edəcək 445 nəfərlə mülki-hüquqi müqavilələr bağlanıb, siyahıyaalma məntəqələri üzrə təlimatlandırma planına uyğun olaraq siyahıyaalma məntəqələrinin müdirləri, onların müavinləri, təlimatçı-nəzarətçilər və sayıcılar üçün təlimlər keçirilib, onlara siyahıyaalmanın məqsəd və vəzifələri, siyahıyaalmanın keçirilməsi və siyahıyaalma sənədlərinin tərtib edilməsi qaydaları ətraflı izah olunub.

Dövlət Statistika Komitəsi və Qəbələ Rayon İcra Hakmiyyəti tərəfindən rayon əhalisi arasında geniş izahat və maarifləndirmə işləri həyata keçirilib, bu məqsədlə ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil edilib, yerli KİV-lərdə musahibələr və mətbu materiallar yayımlanıb.

Dövlət Statistika Komitəsi hər bir Qəbələ sakinini cari ilin 1-10 oktyabr tarixlərində keçiriləcək əhalinin sınaq sıyahıyaalınmasında fəal iştirak etməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər