Bu gün Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumu nazir Şahin Mustafayev giriş sözü ilə açıb. O, əvvəlcə Səməd Qurbanov və Aleksey Repikovu Azərbaycan–Rusiya və Rusiya- Azərbaycan işgüzar şuralarına rəhbər seçilmələri münasibətilə təbrik edib:
"Onlara fəaliyyətlərində uğurlar arzulayıram. Hər iki ölkənin münasibətləri qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə əsaslanır. Ölkələrimizin rəhbərliyi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm veririlər. Ticarət əlaqələri Azərbaycanla Rusiya əməkdaşlığının əsas istiqamətidir. Rusiya Azərbaycanın idxal üzrə əsas tərəfdaşıdır və qeyri-neft məhsullarımızın ixracında birinci yeri tutur”.
Onun sözlərinə görə, Azərbaycan Yekaterinburq, Həştərxan və Sankt-Peterburqda şərab və ticarət evləri açmaq niyyətindədir.
Nazir ölkələr arasında qarşılıqlı investisiyalar sahəsində aktiv əməkdaşlığın olduğunu da vurğulayıb: "Azərbaycan 1 milyarddan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya yatırıb.