5 Oktyabr 2018 14:07
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti nümunəvi məzarlıq yaradacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının olacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, qəbirstanlıq məsələsi hər zaman cəmiyyəti narahat edib və bu gün də narahat edir:

“Nazirlər Kabineti bu problem tənzimləmək üçün müvafiq addınlar atmağı planlaşdırır. Bununla bağlı xüsusi əsasnamə hazırlanmaqdadır.

Hazırda insanlar özlərinə əvvəlcədən yer hazırlayır. Amma yeni əsasnaməyə görə, insanlar əvvəlcədən məzar yeri tuta bilməyəcək. Yeni əsasnaməyə əsasən, məzarlıqlarda ardıcıllıq prinsipi gözləniləcək.

Deputat təklif edib ki, imkansız ailələrin yas mərasimlərinin təşkililini bələdiyyələr həyata keçirə bilər: “Qəbirüstü abidələrinin qurulmasını da bələdiyyə öz üzərinə götürməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər